Polşa seçkiləri: Komorovski məğlub olduğunu etiraf edib

Komorovski məğlub olduğunu etiraf edib
Şəklin alt yazısı, Komorovski məğlub olduğunu etiraf edib
Çap edildi

Polşanın fəaliyyətdə olan prezidenti Bronislav Komorovski ölkədə keçirilmiş prezident seçkilərində məğlub olduğunu etiraf edib.

Exit-poll nəticələri açıqlandıqdan sonra Komorovski rəqibi Anjey Dudaya uduzduğu ilə razılaşıb.

Sorğu nəticələrinə əsasən, Dudaya seçicilərin 53 faizi səs verib, Komorovski 47 faiz səs toplayıb.

Seçkinin rəsmi nəticələri bazar ertəsi elan olunmalıdır.

Dudanın qələbəsi payızda keçiriləcək parlament seçkilərində onun rəhbərlik etdiyi "Hüquq və ədalət" partiyasının qələbə çalacağına inamı artırıb.

Polşada hökümətin səlahiyyətləri prezidentin səlahiyyətlərindən daha genişdir.