Şəkillər: Audrey Hepburn - əfsanəvi aktrisanın portretləri

Çap edildi

Londondakı Milli Portret Qalereyasında britaniyalı aktrisanın həyat və yaradıcılığına həsr olunmuş foto sərgi açılacaq.

udrey Hepburn in Rome by Cecil Beaton, 1960 ©The Cecil Beaton Studio Archive at Sotheby’s
Şəklin alt yazısı, İyul ayında Londonda Britaniyalı aktrisanın həyat və yaradıcılığına həsr olunmuş foto sərgi açılacaq. Sərgidə Cecil Beaton, Richard Avedon və Norman Parkinson adlı foto ustaların işləri nümayiş etdiriləcək.
Audrey Hepburn dressed in Givenchy with sunglasses by Oliver Goldsmith by Douglas Kirkland, 1966
Şəklin alt yazısı, Sərgidə Audrey Hepburn-in Londonun West End rayonunda dünyaya gəlmiş balaca qızdan Hollywood ulduzunadək keçdiyi həyat yolu əks olunub.
Audrey Hepburn as Holly Golightly in Breakfast at Tiffany’s by Howell Conant, published on the cover of Jours de France, 27 January 1962
Şəklin alt yazısı, Sərgidə aktrisanın o cümlədən nadir ailə fotoları da nümayiş etdiriləcək.
Dance recital photograph by Manon van Suchtelen, 1942
Şəklin alt yazısı, Sərgidə 35 foto nümayiş etdiriləcək, o cümlədən aktrisanın 1942-ci ildə rəqs etdiyi anda çəkilmiş nadir fotosu da eksponatlar arasında olacaq.
Audrey Hepburn by Erwin Blumenfeld, 1952 ©The Estate of Erwin Blumenfeld
Şəklin alt yazısı, Mərhum aktrisanın oğlu Luca Dotti deyir ki, o, və qardaşı Sean sərginin keçirilməsindən və anasının xatirəsini yad edilməsindən məmnunluq hissi keçirilər. (Audrey Hepburn 1952-ci ildə çəkdirdiyi şəkil)
Audrey Hepburn by Philippe Halsman for LIFE magazine, 1954 ©Philipe Halsma
Şəklin alt yazısı, Bəzi şəkillər Oskar mükafatlarına layiq görülmüş aktrisanın çəkildiyi filmlərin reklam afişalarından və jurnallardan götürülüb. Aktrisanın bu fotosu 1954-cü ildə LIFE jurnalında dərc olunmuşdu.
Left - Costume test for Sabrina. Right - Audrey Hepburn by Bud Fraker, for ‘Sabrina’. Paramount Pictures, 1954
Şəklin alt yazısı, Digər fotolar film çəkilişləri zamanı və səhnə arxasında çəkilib. Bu fotolar direktor Billy Wilder tərəfindən 1953-cü ildə Sabrina filminin çəkilişi zamanı lentə alınıb.
Audrey Hepburn on location in Africa for The Nuns Story by Leo Fuchs, 1958
Şəklin alt yazısı, Afrikada aktrisanın bu fotosunu 1958-ci ildə fotoqraf Leo Fuchs çəkib. Fotoqrafın sözlərinə görə "Audrey Hepburn ömrü boyu cazibədarlığını qoruyub saxlaya bilən istedadlı aktrisa olub".
Unpublished photograph of Audrey Hepburn in Richmond Park by Bert Hardy, 30 April 1950 ©Bert Hardy/Getty Images
Şəklin alt yazısı, Bu foto aktrisa 1950-ci ildə Riçmond Parkında olarkən çəkilib. Əfsanəvi aktrisa Audrey Hepburn-ə həsr olunmuş sərgi iyulun 2-dən oktyabrın 18-dək Londonda Mili Portret qalereyasında keçiriləcək.