Sabiq FİFA rəsmisi rüşvət aldığını etiraf edib

Çap edildi

FIFA-nın sabiq rəsmisi Chuck Blazer 2010-cu ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Cənubi Afrikanın seçilməsi vaxtı təşkilatın icra komitəsi üzvlərinin rüşvət aldığını etiraf edib.

Cənab Blazer-in etirafı 2013-cü ildə Nyu York şəhərində keçən dinləmələrin yenicə açıqlanmış stenoqramında əks olunub.

Ötən cümə günü FİFA konqresində 5-ci müddətə təşkilatın sədri vəzifəsinə seçilən Sepp Blatter qalmaqal fonunda istefaya çıxdığını elan edib.

Ötən həftə ABŞ hüquq-mühafizəçiləri korrupsiya ittihamları ilə bağlı 14 FİFA rəsmisinə qarşı iş açıblar. Onlardan 7-i Sürixdə həbs edilb.

Yüksək rütbəli rəsmilər çirkli pulların yuyulması, reketçilik və fırıldaqçılıqda ittiham olunurlar.

Cinayət işinə cəlb olunan şəxslər son 24 il ərzində 50 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.

Eyni zamanda İsveçrə prokurorları 2018 və 2022-ci il futbol çempionatları üçün ev sahibliyinin Rusiya və Qətərə verilməsi ilə bağlı ayrıca təhqiqat açıblar.