Çin: devrilmiş gəmidə itkin düşənlərin yaxınları etiraz edir

china_ship_capsized
Şəklin alt yazısı, Gəmidə batanların yaxınları onlara məlumat verilmədiyini söyləyirlər
Çap edildi

Çində iyunun 1-də Yantszı çayında gəminin devrilməsi nəticəsində itkin düşmüş 400-ə yaxın insanın yaxınları gəmi batan yerdə etiraz aksiyası keçiriblər.

Etirazçılar polisin nəzarət maneələrini keçərək onlara məlumat verilməsini tələb ediblər. BBC-nin Pekindəki müxbiri Celia Hatton xəbər verir ki, sərnişinlərin yaxınları baş vermiş fəlakət haqqında “necə belə böyük gəmi tez devrilə bilər?”, yaxud “SOS siqnalı niyə işləməyib?” kimi suallarına cavab almaq istəyirlər.

Yerli medianın yazdığına görə, birinci gün çayda batan Şərq Ulduzu adlanan gəmi sərnişinlərinin 65 nəfərinin öldüyü təsdiqlənib. Hadisə zamanı Gəmidə 405 sərnişin, 46 ekipaj üzvü olub, onlardan yalnız 14-ü xilas ola bilib.

Xilasedicilər hələ də axtarışları davam edirlər. Baş nazir Li Keqianhg deyib ki, “ ən kiçik ümid yeri varsa belə, axtarışlara davam edib, itkin düşənləri tapmalıyıq”.

İtkin düşmüş sərnişinlərin yaxınlarının bir hissəsi isə turistlər üçün gəmi turunu təşkil edən səyahət kompaniyasının yerləşdiyi Şanxay şəhərində də etiraz ediblər.

Gəminin batmasının səbəbi hələ də məlum deyil. Amma xilas edilənlər çayda burulğan baş verdiyini iddia edirlər. Gəminin xilas olmuş kapitanı və baş mühəndisi hal-hazırda polis nəzarətindədir.

Gəmi sərnişinlərin əksəriyyəti 50-80 yaşları arasında olanlar idi. Onlar Nankindən Çonkinə qədər 1500 kilometrlik dəniz gəzintisinə çıxmışdılar. Gəmi batan yerdə çayın dərinliyi 15 metrə çatır. Elə buna görə də xilasetmə işləri çətinliklə aparılır.