Kiyev yaxınlığındakı neft bazasında yanğın

Çap edildi

Ukrayna paytaxtı yaxınlığındakı Qlevaxa neft bazasında bazar ertəsi baş verən güclü partlayışdan sonra yanğınla mübarizə aparılır.

Rəsmilər ümumu tutumu 900 kubmetr olan 8 benzin çəninin yandığını bildirirlər.

Daxili İşlər Naziri yanğınsöndürənlər arasında tələfat olduğunu deyir. Hərçənd ki, Arsen Avakov ölənlərin sayını dəqiqləşdirməyib.

Mətbuatda dərc olunan bəzi xəbərlərdə 6 nəfərin öldüyü, daha 6 adamın isə xəsarət aldığı göstərilir.

Daxili İşlər Nazirliyi hadisə yerinə yaxın rayon sakinlərinin evakuasiya edildiyini bildirib.