Suriya: hava zərbəsi nəticəsində 16 nəfər ölüb

syria
Şəklin alt yazısı, Yerli camaatın dediyinə görə, öldürülənlər Ghariyah şəhərində Quran dərslərində iştirak edənlərdir.
Çap edildi

Suriya hakimiyyətinə məxsus hava qüvvələrinin endirdiyi zərbə Daara əyalətində 16 nəfərin ölümü ilə nəticələnib. Fəalların verdiyi məlumata görə, ölənlərin 13-ü azyaşlıdır.

Yerli camaatın dediyinə görə, öldürülənlər Ghariyah şəhərində Quran dərslərində iştirak edənlərdir.

Suriya hakimiyyəti bu xəbərlərə dair heç bir şərh verməyiblər.

2011-ci ilin mart ayında hökumət əleyhinə etirazlardan sonra başlamış vətəndaş müharibəsində 230 mindən çox suriyalı həyatını itirib.

Suriya üsyançıları son həftələrdə Daara əyalətində hökumət qüvvələri üzərində üstünlük əldə ediblər. Daara əyaləti prezident Bəşər əl-Əsəd hakimiyyətinin ilk dəfə “çatladığı” yerdir.

Ghariyah şəhəri Daara əyalətinin şərqində yerləşir. Şəhər üsyançı hərbi qüvvələrin hakimiyyət qüvvələrindən aldığı hərbi bazanın yaxınlığındadır.

Çərşənbə axşamı ABŞ rəsmiləri Suriya dövlətini “xlor doldurulmuş barrel bomba” formasında kimyəvi silahlar istifadə etməkdə günahlandırıb.

ABŞ dövlət katibi John Kerry deyib ki, bu cür hücumların üsyançılardan daha çox prezident Əsəd qüvvələri tərəfindən edildiyinə tam əmindir.