İD ilə əlaqəli sosial şəbəkə hesabları "əngəllənəcək"

Şəklin mənbəyi, PA
Çap edildi
Avropada sosial şəbəkələrdə İslam Dövləti ilə əlaqəli hesabların tapılması və əngəllənməsi üçün polislərdən ibarət xüsusi komanda yaradılır.
Vaşinqtondakı Brookings İnsititutunun məlumatına görə, təkcə "Twitter"-də İD ilə birbaşa və ya dolayı yolla əlaqəli 90 minə yaxın hesab var.
ABŞ-da aparılmış araşdırmaya əsasən isə, "Twitter"-də İD-lə əlaqəli 46 min hesab var.
Bu hesablar vasitəsilə qruplaşma öz sıralarına yeni üzvlər cəlb etməyə çalışır.
Avropa Polis Agentliyi (Europol) bir neçə sosial media şirkəti ilə işləyəcəyini bildirsə də, şirkətlərin adı açıqlanmayıb.
Polis "islamçı" hesabların müəyyənləşdirilməsi üçün işə iyul ayının birindən başlayacaq.




















