Getty İmages Google-u inhisarçılıqda günahlandırır

Şəklin mənbəyi, Reuters
Getty İmages foto şəkil arxivi rəhbərliyi Avropa Kommissiyasına Google şirkətindən şikayətlənib.
Getty İmages deyir ki, Google antiinhisar qanunvericiliyini pozur.
Foto arxivinin nümayəndələri hesab edirlər ki, Google axtarış sistemində foto şəkillərin ilkin faylları bilərəkdən elə yerləşdirilib ki, istifadəçilər onları tapmaqda çətinlik çəksinlər.
Bundan başqa, Google istifadəçiləri foto şəkilləri bir göz qırpımında öz sistemlərinə köçürə bilərlər, Getty İmages isə bunu "orijinal məzmunun kütləvi talanı" adlandırıb.
"Bu o deməkdir ki, Getty İmages məzmununun axtarışı zamanı istifadəçilərin foto şəkillər arxivinin saytına keçmədən, artıq Google xeyir götürür", Getty İmages saytındakı bəyanatda belə deyilir.
Bundan əvvəl İsveçdən olan internet fəalı Google şirkətini kompüter brauzerində casusluq məqsədilə xüsusi proqram yerləşdirməkdə günahlandırmışdı.
Onun fikrincə, bu proqram istifadəçilərin nədən danışdıqlarını izləməyə imkan verir.




















