Araşdırma: eyniyaşlı adamlarda qocalma sürəti fərqlənir

Çap edildi
Eyni ildə anadan olmuş adamlar arasında yaşlanma prosesi müxtəlif sürətlə keçir, Proceedings of the National Academy of Sciences jurnalında dərc edilmiş yeni tədqiqat müəllifləri bildirirlər.
Tədqiqat 1972-73 təvəllüdlü 954 Yeni Zelandiya sakini üzərində aparılan müşahidəyə əsaslanır.
Onların 26, 32 və 38 yaşlarında xolesterin səviyyəsi kimi mühüm göstəriciləri, habelə əsas daxili orqanlarının funksiyası nəzərdən keçirilib.
Müşahidə 12 il ərzində aparılıb. Təhlil həqiqi yaşla bioloji yaş arasında kəskin fərqin olduğunu təsbit edib.




















