Yüksək rütbəli İD komandiri "öldürülüb"

İD-ə keçməzdən öncə Şahid Talibanın sözçüsü olub.
Şəklin alt yazısı, İD-ə keçməzdən öncə Şahid Talibanın sözçüsü olub.
Çap edildi

İslam Dövləti qruplaşmasının daha bir yüksək rütbəli komandiri Əfqanıstanın şərqindəki Nangarhar əyalətində, raket hücumunda öldürülüb, Əfqanıstan kəşfiyyat rəsmiləri və polis deyir.

Onların sözlərinə görə, Şahidullah Şahid Pakistan Talibanının keçmiş üzvüdür və İD tərəfinə keçibmiş.

Onun bir neçə ləqəb altında işlədiyi güman edilir.

Ölümü təsdiqlənərsə, o Əfqanıstanda öldürülmüş artıq üçüncü yüksək rütbəli İD komandiri olacaq.

Nangarhar əyalətində döyüşlər minlərlə insanı didərgin salıb.
Şəklin alt yazısı, Nangarhar əyalətində döyüşlər minlərlə insanı didərgin salıb.

BBC-nin Kabuldakı müxbiri David Loyn deyir ki, cənab Şahid Pakistan Talibanının keçmiş sözçüsüdür.

Yanvar ayında yayılmış və Pakistanda yazıldığı deyilən videoda Şahid, bir qrup döyüşçü ilə İslam Dövləti qruplaşmasına sədaqət andı içdiyini demişdi.

Bundan əvvəl dron hücumlarında daha iki İD qrupu rəsmisi öldürülüb.

Baxmayaraq ki, bu ərazidə dron hücumları etməyə yeganə qadir qüvvə Nato-dur, qurum hələlik Şahidin ölümü barədə açıqlama verməyib.