Video fələstinli gəncin "güllələndiyini göstərir"

Şəklin mənbəyi, BBC World Service
İsrail insan haqları qrupu İsrail ordu zabitinin fələstinli yeniyetməni güllələdiyini göstərən video yayıb.
B'Tselem qrupu deyir ki, bu videoda göstərilənlər İsrail ordu zabitinin dediklərinin əksini sübut edir.
Polkovnik İsrael Şomer, 17 yaşlı Mohammed Kasbeh Qərb Sahili Zolağı ərazisində onun maşınına daş atdıqdan sonra yeniyetməyə atəş açıb.
İsrail ordusu deyir ki, polkovnik Şomer bunu həyatına təhlükə hiss etdiyi üçün edib.
Ancaq videoda göstərilir ki, yeniyetmə maşına hücum etdikdən sonra oradan qaçır. Bundan sonra əsgərlər maşından bayıra atılır və onun dalınca qaçmağa başlayır.

Şəklin mənbəyi, BBC World Service
B'Tselem həmçinin deyib ki, tibbi dəllillər yeniyetmənin arxadan güllə ilə vurulduğunu göstərib.
İsrail ordusu video barədə şərh verməyib, amma Times of Israel qəzeti xəbər verir ki, polkovnik Şomer ordu polisi tərəfindən hadisə ilə bağlı sorğu-sual edilir.
Hadisə iyulun 3-də İsrail və Ramallah arasındakı Qalandiya yoxlanış məntəqəsində baş verib. Bu ərazidə Fələstin etirazçıları və İsrail əsgərləri arasında tez-tez toqquşmalar olur.
























