Səudiyyəlilər Snapchat-da Məkkəni işıqlandırmaq istəyir

Şəklin mənbəyi, Getty
Twitterdə 300 000-dən çox adam #Mecca_live həştəqindən istifadə edərək Snapchat tətbiqinin Səudiyyə şəhərini də işıqlandırmasını istəyib.
Snapchat "live" ("canlı") funksiyasını ötən il istifadəyə verib. Bu özəllik vasitəsilə istifadəçilər canlı yayıma video və fotolar əlavə edə bilər. Snapchat vasitəsilə göndərilən bütün fayllar, qısa müddət ərzində həm Snapchat-dən, həm də faylı alan istifadəçinin cihazından silinir.
Snapchat özü seçdiyi əraziləri və şəhərləri işıqlandırır və son zamanlar müxtəlif lobbiçilik kampaniyaları şirkəti hədəfə alıb: onlardan biri, Snapchat-in müqəddəs Məkkə şəhərini də işıqlandırmasını istəyib. Onların məqsədi odur ki, milyonlarla ibadətçinin şəhərdə namaz qıldığı vaxt müqəddəs şəhər canlı yayımda olsun.
<link type="page"><caption> Həmçinin oxuyun: Misirlilər "eybəcər" yeni Nefertiti heykəlini lağa qoyur</caption><url href="http://www.bbc.com/azeri/international/2015/07/150707_trending_nefertiti" platform="highweb"/></link>
Bunun üçün kampaniya aparan yüz minlərlə səudiyyəli ümid edir ki, bununla ziyarətin gözəlliyi nümayiş olunacaq.
Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır deyə bu, bir çox adamın nadir hallarda görə biləcəyi hadisənin maraqlı məqamlarını göstərə bilər.

Şəklin mənbəyi, BBC World Service
"Həmişə deyirlər ki, Nyu York heç vaxt yatmır. Onlar hələ Məkkəni görməyiblər! Biz #mecca_live istəyirik", bir səudiyyəli tvitləyib.
Səudiyyəlilər istəyirlər ki, Snapchat canlı yayımı Ramazan ayının 27-ci günündə, bu il iyulun 13-ə düşən Qədr gecəsində etsin.
Səudiyyə Ərəbistanı şəhərlərinin Snapchat-da yer alması görünməmiş hadisə deyil. Aprel ayında Riyaddan edilən yayım Səudiyyə şəhərindəki həyatı sənədləşdirmək məqsədini daşısa da, nəticədə bir çox adam səudiyyəlilər barədə stereotipləri lağa qoymaqla məşğul idi. Beləliklə bir çoxu narahatdır ki, yenə də eyni hal baş verəcək:
"Əziz Məkkə sakinləri, bu canlı yayım baş tutası olsa lütfən zarafat edib lağlağılıqla məşğul olmayın", bir kişi narahatlığını bölüşüb.
Digər istifadəçilər o qədər həvəsli olmayıb: "Mən həştəqə qarşıyam", bir kişi yazıb. "Snapchat-da adamların açıq-saçıq paltarlarda klipləri çıxır, dünyanın ən saf yerini eyni platformada göstərməyə necə razı olmaq olar?"
***
Qədr gecəsi, yəni iyulun 13-də Snapchat Məkkə şəhərindən "canlı" yayımı ana səhifəsinə yerləşdirib. Həmin gün #Mecca_live həştəqilə 1 milyona yaxın tvit yazılmışdı.
Bloqu #BBCtrending üçün Mai Noman yazıb.
























