Ata Bush boyun fəqərəsini sındırıb

George Bush
Çap edildi

Yıxılaraq boyun fəqərəsindən birini sındıran ata Bush xəstəxanaya çatdırılıb, sabiq prezidentin mətbuat katibi bildirib.

“Onun vəziyyəti sabitdir”, - deyən Jim McGrath George Bushun boyun korsetində gəzməli olacağını deyib.

CNN kanalına əsasən hadisə Bushun Kennebunkport şəhərindəki evində baş verib.

Hazırda 91 yaşlı sabiq ABŞ prezidenti Portland şəhərinin xəstəxanasında müalicə olunur.

“Biz onun xəstəxanada uzun müddət qalacağını düşünmürük”, - Jim McGrath bildirib.

George Bush 1989-1993 illər arasında ABŞ prezidenti olub.