Yunanıstan ikinci yardım paketini qəbul edib

tsirpas
Çap edildi

Yunanıstan parlamentin islahatların ikinci mərhələsini qəbul etdikdən sonra maliyyə yardımı istiqamətində həlledici addım atıb.

Bu rəsmi Afinaya 86 milyard avro maliyyə yardımı üçün Avropa ittifaqı ilə danışıqlara başlamaq imkanı yaradır.

İslahatlara Yunan bankçılığına dəyişikliklər və məhkəmə sisteminin əsaslı nəzərdən keçirilməsi daxildir.

Debatlar zamanı Yunanıstan parlamentinin yaxınlığında minlərlə nümayişçi toplaşıb. Nümayişçilər tərəfindən polisə benzin bombaları atılıb.

Hökumətin təklif etdiyi islahatlar paketinin lehinə 230, əleyhinə 63 millət vəkili səs verib. Beş millət vəkili isə bitərəf qalıb.

Əleyhinə səs verən millət vəkillərinin 31-i baş nazir Alexis Tsiprasin öz partiyası olan Syrizadan olub.

Səsvermədən əvvəl çıxış edən Cənab Tsipras kreditorların tətbiq etdiyi tədbirlərdən "xoşbəxt olmadığını" deyib.

Maliyyə yardımı edəcək Avropa inistitutlarının nümayəndələri ilə danışıqlar cümə günü Afinada başlayacaq.

Avqust ayında isə Yunanıstan üçün daha ağrılı olan erkən pensiyaya çıxmadan imtina və fermerlər üçün vergilərin artırılması məsələləri müzakirə olunacaq.

Maliyyə böhranı keçirən Yunanıstanın dövlət borcu 320 milyard avrodur.