Şahid, Litvinenkonun işi ilə bağlı “ifadə verməyəcək”

Dmitri Kovtun Londonda Aleksandr Litvinenkonun ölümü ilə bağlı Londonda məhkəmədə ifadə verməkdən imtina edib
Şəklin alt yazısı, Dmitri Kovtun Londonda Aleksandr Litvinenkonun ölümü ilə bağlı Londonda məhkəmədə ifadə verməkdən imtina edib
Çap edildi

Keçmiş Rusiya agenti Aleksandr Litvinenkonun Londonda ölümü ilə bağlı əsas şahid BBC-yə bildirib ki, işlə bağlı ifadə verməyəcək.

Dmitri Kovtun Moskvadan videobağlantı ilə qoşulmalı idi.

Britaniya rəsmilərinin fikrincə, cənab Kovtun Litvinenkonu, 2006-cı ildə Londondakı oteldə, çayına radioaktiv maddə qatmaqla zəhərləmiş iki şəxsdən biridir.

Cənab Kovtun bildirir ki, o, ifadə vermək üçün icazə ala bilməyib. Onun sözlərinə görə, şahidliyi cənab Litvinenkonun ölümü ilə bağlı Rusiyadakı istintaqın məxfiliyinə dair öhdəliyi poza bilər.