Çində saxta iPhone istehsal edən fabrik bağlanıb

Çində saxta iPhone smartfonları yığan gizli fabrik aşkar edilib.
Şəklin alt yazısı, Çində saxta iPhone smartfonları yığan gizli fabrik aşkar edilib.
Çap edildi

Çində saxta Apple iPhone smartfonları istehsal edən gizli fabrikin işilə bağlı 9 nəfər şübhəli şəxs qismində saxlanılıblar.

Həmin fabrikdə 40 min ədəddən çox saxta iPhone smartfonu istehsal olunub.

Gizli istehsalatda yüzlərlə əməkdaşın işlədiyi xəbər verilir.

Fabrikdə yeni smartfonlar, istifadə olunmuş ehtiyat hissələrindən hazırlanırmış.

Fabrikin iPhone ixracının ümumi həcmi 120 milyon yuan (19 milyon dollar) təşkil edib.

Saxta smartfonların istehsalına yanvar ayında start verilmişdi.

Rəsmilərin sözlərinə görə, gizli fabriki ər-arvad işlədib, istehsal sahəsi isə paytaxt Pekinin şimalında yerləşib.

Çin polisinə saxta smartfonlar barədə məlumat ABŞ rəsmilərindən verilmişdi, bir neçə saxta smartfon ABŞ-da ələ keçirilmişdi.

Pekin və Vaşinqton iki ölkə arasında dövr edən saxta məhsulun həcmini azaltmaq məqsədilə əməkdaşlıq etmək qərarına gəliblər.