Britaniya DİN: ölkəyə gəliş qaydası hamı üçün eynidir

Şəklin mənbəyi, BBC World Service
Britaniyanın Daxili İşlər Nazirliyi BBC Rus xidmətinin sorğusuna cavab olaraq bildirib ki, ölkənin sərhəd xidməti Britaniya ərazisinə gələn başqa ölkə vətəndaşlarının müvafiq viza və əlavə sənədlərə malik olduqlarını yoxlamağa borcludur.
Sərhədçilər həm də belə bir məsələyə diqqət yetirirlər ki, vizanın verildiyi şərait və onu almış şəxsin vəziyyəti dəyişməmiş olsun. Buraya Britaniya vizasını alarkən təqdim olunmuş informasiyanın yoxlanması da daxildir, - deyilir nazirliyin məktubunda.
Əgər viza almış şəxsin vəziyyəti və ya onun gəliş məqsədi dəyişibsə, viza ləğv oluna bilər. “Vizalı sərnişinlərin əksəriyyəti yoxlamadan keçərkən çox gözləməli olmur” – deyə bildirir nazirlik.
Bu yaxınlarda Britaniyadakı Rusiya səfirliyi öz saytında Britaniyaya gəlməyi planlaşdıran Rusiya vətəndaşları üçün tövsiyələr dərc edib. “Etibarlı vizanın olması qarantiya vermir ki, ölkəyə gəliş zamanı Britaniyanın mühacirət xidmətləri əlavə suallar verməyəcək” – deyilir tövsiyələrdə.
Səfirlik buna nümunə olaraq London hava limanında “Moskva reysi ilə gəlmiş bir Rusiya vətəndaşı olan qadının “buna xüsusi bir əsas olmadan saxlanılmasını” və bundan sonra deyilənlərə görə onu 7 saat ərzində sərhəddə gözləməyə məcbur edilməsini göstərir.
"Başqa məqamlarla yanaşı britaniyalıları həmvətənimizin nağd şəkildə və bank kartında nə qədər pulu olduğu maraqlandırmışdı” – deyilir Rusiya səfirliyinin saytında.
Rusiya diplomatik missiyası bildirib ki, belə metodlar “psixoloji təzyiq vasitəsi və ikitərəfli münasibətlərimizin hazırkı vəziyyətində siyasi oyun kimi” gələcəkdə də tətbiq edilə bilər.
Səfirliyin məlumatında rusiyalı qadının adı, Britaniyaya hansı statusda gəldiyi, hadisənin baş verdiyi vaxt və hava limanı göstərilməyib.
Sadə rusiyalı qadın?
BBC Rus xidmətinin sərhəddə saxlanmış rusiyalı qadın barədə sorğusuna cavab olaraq Rusiya səfirliyi bildirib ki, qadın mətbuatla təmasda olmaq istəmir. Bundan əvvəl səfirlik bu qadınla əlaqə yaratmaqda köməyə hazır olduğunu bildirmişdi.
Öz növbəsində Britaniya XİN bəyan edib ki, nazirlik fərdi hadisələr barədə şərh vermir.

Şəklin mənbəyi, BBC World Service
Daha sonra Rusiya KİV-də və bloqlarda belə mülahizələr də irəli sürülüb ki, səfirlik adi vətəndaşların şikayətlərinə çətin belə reaksiya verəydi. Yeri gəlmişkən, bu barədə Aleksey Navalnı da öz Twitter hesabından yazıb.
Öz bloqunda Rusiyanın Britaniyadakı səfiri Aleksandr Yakovenko cavab olaraq yazır ki, “söhbət məhz sadə vətandaşdan gedir” və səfirlik belə bir hadisə ilə üzləşərsə, Navalnının özünə də kömək etməyə hazırdır.
Buna bənzər qeydlər sonradan Rusiya səfirlyinin saytında da yer alıb: “Təsdiq etmək istərdik ki, bu yeganə belə hadisə deyil. Biz gələcəkdə də vətəndaşlarımızın hüquqlarının buna bənzər şəkildə pozulması barədə məlumat verəcəyəik” – deyilirdi dipmissiyanın bəyanatında.
Yakovenko həmçinin Twitterdə yazır ki, Britaniyanın hakimiyyət orqanları müxtəlif bürokratik əngəllərlə “Rusiya diplomatlarını sıxışdırırlar” və buna görə də səfirlikdəki işçilərin sayı azalır. Səfirin fikrincə, bu, beynəlxalq öhdəliklərə ziddir.
BBC Rus xidmətinin Rusiya səfirinin bəyanatına şərh vermək ricasına cavab olaraq Britaniya Daxili İşlər Nazirliyi bildirib ki, nazirliyin Rusiya vətəndaşlarının sərhəddə yoxlanmasına dair bəyanatı bu hadisəyə də aiddir.
Ötən həftə Britaniya hökumətinin başçısı David Cameron Britaniyada bahalı mülkiyyət alan xarici korrupsiyaçılarla genişmiqyaslı mübarizə kampaniyasına başlandığını elan etmişdi.
Bu hadisədən az əvvəl Britaniya televiziyasında “Rusiyadan nəğd pulla” adlı sənədli film yayımlanmışdı. Bu filmdə özlərini Rusiya məmurları lkimi qələmə verən uydurma personajlar Rusiya büdcəsindən oğurlanmış pullarla ev almaq üçün dəllallarla sövdələşməyə girməyə çalışırdılar.
























