Yaponiya: Naqasaki atom partlayışı dəhşətinin 70 illiyi yad edilib

Yaponiya Naqasaki partlayışının 70 illiyini qeyd edir.
Şəklin alt yazısı, Yaponiya Naqasaki partlayışının 70 illiyini qeyd edir.
Çap edildi

70 il bundan əvvəl Yaponiyanın Hiroşima şəhərinə ABŞ aviasiyası tərəfindən atılan atom bombası partlayışının dəhəşəti Yaponiyada bazar günü yad olunub.

9 avqust 1945-ci il atom bombası partlayışı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimilə Yaponiyanın Baş naziri Shinzo Abe iştirak edib.

Shinzo Abe çıxışında dünyada nüvə silahının qadağan olunmasına çağırış edib.

Bununla yanaşı mərasimdə çıxış edənlər baş nazirin Yaponiya hərbiyyəsinə qoyulmuş məhdudiyyətlərin zəiflədilməsinə dair planları tənqid ediblər.

Yaponiyada 70 il bundan əvvəl baş vermiş dəhşətli hadisənin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

1945-ci ilin avqustunda II Dünya müharibəsinin sonunda Hiroşima şəhərinə avqustun 6-da, Naqasaki şəhərinə isə avqustun 9-da ABŞ hərbi aviasiyası tərəfindən atom bombaları atılmışdı.

Atom partlayışları nəticəsində Yaponiyada 140 min nəfər həlak olmuşdu.

Bomabalar Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə ABŞ-ın B-29 bombardmançı təyyarəsindən atılmışdı.

Bazar günü Naqasaki şəhərində keçirilən anım mərasimində 75 ölkənin nümayəndə heyəti iştirak edib.