Google Alphabet şirkətini yaradıb

Şəklin mənbəyi,
Daxili strukturunu yeniləmə prosesinə başlamış Google korporasiyası bütün xidmətləri üçün üst qurum sayılacaq yeni Alphabet İnc şirkətinin yaradıldığını elan edib.
Rebrendinq prosesi çərçivəsində Google axtarış, tətbiqlər, YouTube və Android kimi xidmətləri özündə saxlayacaq.
İnvestisiyalar, tədqiqatlar, Nest adlı "smart-home" və dron kimi bölümlər Alphabet tərəfindən idarə olunacaq.
Google təsisçisi Larry Page yeni strukturun dahə sadə və eyni zamanada çoxşaxəli olacağını vəd edib.
"Yenilik Alphabet şirkətlərinə müstəqillik və öz brendlərini inkişaf etdirmək imkanı qazandıracaq", Larry Page deyib.
Larry Page Alphabet-ə başçılıq edəcək, onun birinci müavini Sundar Pichai isə Google şirkətinə rəhbərlik edəcək.
Larry Page ilə birgə Google həmtəsisçisi olan Sergey Brin Alphabet-in prezidenti olacaq, Google-un hazırkı idarəçisi Eric Schmidt isə holding şirkətin icraçı direktoru vəzifəsinə keçəcək.
Google-un yeni maliyyə direktoru Ruth Porat, bundan sonra Google ilə yanaşı Alphabet-in də maliyyə idarəçiliyini həyata keçirəcək.
Analitiklərə görə, yeni struktur investorlara şirkətin inkişafı strategiyası və Google-un yeni məhsullara nə qədər xərclədiyi barədə aydın təsəvvür yaradacaq.
























