Slovakiya müsəlman miqrantları "qəbul etməyəcək"

Çap edildi

Slovakiya hakimiyyəti bildirir ki, Suriyadan yalnız xristian və ateist olan qaçqınlar qəbul ediləcək.

Müsəlman qaçıqınlar Slovakiyada “özlərini evdəki kimi” hiss etməyəcəklər, Daxili İşlər Nazirliyinin nümayəndəsi İvan Metik qərarı izah edərkən deyib.

Üzv ölkələrdə 40 min qaçqının yerləşdirilməsilə bağlı Avropa İttifaqının planlarına əsasən Slovakiya 200 adamı qəbul etməlidir.

Onların əksəriyyəti Türkiyə, İtaliya və Yunanıstandakı düşərgələrdə qalır.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı qaçqınları qəbul edərkən ayriseçkiliyə yol verməməyə səsləyib.

Hərçənd ki, İvan Metik bildirir ki, Slovakiya hökumətinin qərarı ölkədə yaşayan icmalar arasındakı ahəngdarlığı pozmamaq naminə qəbul edilib.

"Biz Avropaya miqrantlar probleminin həllində səmimi kömək etmək istəyirik. Lakin qaçqınlar üçün biz yalnız tranzit ölkəsiyik. Onlar bizdə qalıb yaşamaq istəmirlər. Biz 800 müsəlman da qəbul edə bilərdik, lakin ölkədə bir dənə də olsun məscid yoxdu. Bəs müsəlmanlar necə inteqrasiya olunmalıdırlar, bura onların xoşuna gəlməyə də bilər?!"