Liviya sahillərindəki gəmidə çoxlu cəsəd aşkar olunub

Şəklin mənbəyi, AP
Çap edildi
Liviya sahillərində saxlanılmış gəminin yük bölməsində 50-dək cəsəd aşkar olunub, İtaliyanın sərhəd mühafizə xidməti bildirir.
Həmin gəminin göyərtəsində olan daha 430 adam İsveç patrul gəmisi tərəfindən xilas edilib.
Xilasetmə əməliyyatını Avropa İttifaqının Aralıq Dənizindəki Frontex donanması həyata keçirir.
İtaliya rəsmilərinə əsasən, hazırda Liviya sahillərində miqrantların xilasetməsi üzrə 10-dək əməliyyat aparılır.
Liviya qaçaqmalçıları yaxşı hava şəraitindən faydalanaraq Avropa sahillərinə miqrantlarla dolu gəmilər göndərirlər.
BMT bu il Avropaya çatmağa cəhd edərkən 2000-dən artıq miqrantın öldüyünü bildirir.






















