Yunanıstanda seçkilər 20 sentyabrda keçiriləcək

Çap edildi

Yunanıstan Prezidenti Prokopis Pavlopoulos cümə günü imzaladığı fərmana görə, növbədənkənar parlament seçkiləri 20 sentyabr tarixində keçiriləcək, Afina informasiya agentliyi xəbər verir.

Elə həmin fərmana görə indiki yunan parlamenti buraxılır.

Alexis Tsiprasın hökümətinin istefasından və müxalifət partiyalarının yeni hökümət qurmaq cəhdlərinin nəticəsiz başa çatmasından sonra, müvəqqəti kabinetin rəhbəri vəzifəsinə, konstitusiyaya uyğun olaraq, Ali Kassasiya məhkəməsinin sədri Vassiliki Thanou-Christophilou təyin olunub.

Christophilou başçılıq etdiyi nazirlər kabineti 28 avqustda andiçmə mərasimində iştirak edib.