Türkiyə: “Süngər Bob” qəsri sosial mediada lağa qoyulub

Sosial media istifadəçiləri qəsrin bərpadan əvvəl və sonrakı şəkillərini paylaşır.
Şəklin alt yazısı, Sosial media istifadəçiləri qəsrin bərpadan əvvəl və sonrakı şəkillərini paylaşır.
Çap edildi

<span >Türkiyədəki tarixi qəsrin təmirdən sonrakı görkəmi sosial media istifadəçilərinin marağına səbəb olub. Belə ki, onlar restavrasiyadan sonra qəsri Süngər Bob Kvadrat Şalvar (SpongeBob SquarePants) cizgi film qəhrəmanına bənzədirlər.

Qara dəniz sahilindəki Sile şəhərində yerləşən Ocaklı Ada qəsrinin bir neçə il davam edən bərpa işləri bu ayın əvvəli sona çatıb, Hürriyet qəzeti xəbər verir.

Bəzi internet istifadəçilərin fikrinə görə, yenidən bərpa olunmuş qalanın fasadı, pəncərələri, diş-diş divarları qəsrə tamamilə yeni görüntü verib və bu da Süngər Bobun üz cizgilərini xatırladır. Qəsr dənizə baxan adada yerləşir və onun Bizans dövründə tikildiyi güman olunur. Bərpa işlərinin nəticəsi parlamentdəki əsas müxalifət partiyası tərəfindən müzakirə obyektinə çevrilib.

Twitter istifadəçiləri binanın yeni görünüşü ilə bağlı çoxlu zarafatlar yerləşdirib. “Onlar Sile qəsrini bərpa edərək Süngər Bob üçün memoriala çeviriblər,” bir istifadəçi yazır.

“Mən bu estetik zövq qarşısında baş əyirəm.” Digər istifadəçi yazır: “Hətta qəsrin özü bərpa olunduğuna inana bilmir.” Lakin bəziləri qəsrin bərpa işlərindən narazılığını da bildirib. “Buna çox güldüm, lakin bu işə ağlamaq lazımdır,” jurnalist Zeynep Gürcanli deyir.

Süngər Bobu tanımayanlar üçün qeyd edək ki, o, “optimist dəniz süngəridir”.
Şəklin alt yazısı, Süngər Bobu tanımayanlar üçün qeyd edək ki, o, “optimist dəniz süngəridir”.

Yerli bələdiyyə isə camaatın reaksiyasından narazıdır və buna görə də uzun bir bəyanat yayaraq bərpa işlərini müdəfiə edib. “Sosial mediadakı reaksiyanın heç bir elmi əsası yoxdur və bu tənqidlər bərpa dövründəki hadisələrin gedişatını və qəbul edilmiş qərarları bilmədən edilib,” layihənin məsləhətçisi, professor Kemal Kutgun Eyupgiller deyib. “Əslində tənqid olunası məsələ isə 19-cu əsrdən bəri qəsrin vəziyyətinə adamların biganə yanaşmasıdır.”

Xəbəri BBC Monitorinq Xidməti hazırlayıb.