İraqda “türk işçilər ələ keçirilib”

Çap edildi
İraq paytaxtının şimalında ən azı 17 türk inşaat işçisi silahlılar tərəfindən oğurlanıb, təhlükəsizlik rəsmiləri bildirir.
Türklər Sadr City rayounda idman kompleksinin inşası ilə məşğul olan şirkətin işçiləri olub.
Onlar qaldıqları işçilər şəhərciyindən səhər çağlarında gələn silahlılar tərəfindən aparılıb, Associated Press agentliyinə İraq rəsmiləri deyib.
Silahlıların kimliyi və motivləri barədə məlumat verilmir.




















