Yaxın Şərqdə qum fırtınası onlarla insanı xəstəxanalıq edib

Şəklin mənbəyi, Reuters
<span >Böyük qum fırtınası Yaxın Şərqin qərb hissəsində onlarla insanın xəstəxanalara düşməsinə səbəb olub.
<span ><span >Belə bir vəziyyətdə tibb müəssisələri insanları sağlamlığını qorumaq üçün xəbərdarlıqlar edir.
Bazar ertəsi qum tufanı Suriya ərazisinin bir qismini örtdü, çərşənbə axşamı günü səhər isə o artıq ölkənin daha geniş hissəsində tüğyan edib.
Livan, İsrail, Türkiyə və Kiprin bəzi hissələri də tufana məruz qalıb. Livanın dövlət xəbər agentliyinin verdiyi məlumata görə 2 nəfər dünyasını dəyişib. Onlardan biri yaşlı kişi olub və onun meyidi evin damından tapılıb.
Suriya mediası isə xəbər verir ki, Hama və İdlib əyalətlərində hava şəraiti döyüşlərin dayanmasına səbəb olub.

Şəklin mənbəyi, Reuters
İqtidar yönümlü al-Watan qəzeti yazıb ki, hökümət qum tufanına görə helikopterlərin uçuşunu dayandırıb.
Pis hava şəraiti qismən bütün regionun üzərindəki aşağı təzyiq zonasına keçmiş və qum tufanının şərqdən gəlməsinə səbəb olmuşdur, Suriya dövlət agentliyi Sana xəbər verir.

Şəklin mənbəyi, AP

Şəklin mənbəyi, Getty

Şəklin mənbəyi, AP
Zəif görüntü şəraiti həftənin sonuna kimi davam edə bilər.
<span >Regionda vəziyyət
- Livanda nəfəs yollarının tutulması ilə bağlı olaraq ən azı 80 nəfər xəstəxanalara çatdırılıb, dövlət xəbər agentliyi bildirir
- İsrailin Ətraf-Mühit Nazirliyi qoca, az yaşlı uşaqların və hamilə qadınların, o cümlədən ürəyi və nəfəs almaqla bağlı problemləri olan insanların evdən bayıra çıxmamasını tövsiyə edir
- İsrailin böyük hissəsi Çərşənbə axşamı pis hava şəraitindən əziyyət çəkdiyi bildirilib, ölkə mediası xəbər verir
- Kiprdə nəfəs almaqda çətinlik çəkən azı 10 nəfər xəstəxanaya yerləşdirilib
- BBC-nin Yaxın Şərqdəki müxbirləri də qum tufanı barədə şəkilləri sosial mediaya yerləşdirib.
























