New York-da "Fotoqrafiya kəndi" sərgisi

Çap edildi

BBC New Yorkun ən iri fotosərgisində təqdim edilən bəzi işlərə nəzər salıb.

Foto sənətilə bağlı New York-un ən böyük tədbirlərindən biri olan Photoville 2015-də fotojurnalist, tələbə və rəssamların işlərindən ibarət 60 sərgi və instalyasiya ekspozisiyası təqdim olunub. Giles Clarke-ın "Toxic Gumbo" adlı bu fotosu Insider/Outsider sərgisində nümayiş etdirilir )
Şəklin alt yazısı, Foto sənətilə bağlı New York-un ən böyük tədbirlərindən biri olan Photoville 2015-də fotojurnalist, tələbə və rəssamların işlərindən ibarət 60 sərgi və instalyasiya ekspozisiyası təqdim olunub. Giles Clarke-ın "Toxic Gumbo" adlı bu fotosu Insider/Outsider sərgisində nümayiş etdirilir )
Brooklyn Bridge Park-da açılan illik Photoville yəni “Fotoqrafiya kəndi” sərgisi milyonlarla gənc qızın zorla yaşlı kişilərə ərə verilməsi barədə Stephanie Sinclair-in “Too Young to Wed” fotosu kimi müxtəlif işləri bir araya gətirir. Sərgi gedişatında mulitimedia tədbirləri, seminar və görüşlər təşkil olunur.
Şəklin alt yazısı, Brooklyn Bridge Park-da açılan illik Photoville yəni “Fotoqrafiya kəndi” sərgisi milyonlarla gənc qızın zorla yaşlı kişilərə ərə verilməsi barədə Stephanie Sinclair-in “Too Young to Wed” fotosu kimi müxtəlif işləri bir araya gətirir. Sərgi gedişatında mulitimedia tədbirləri, seminar və görüşlər təşkil olunur.
Bir çox sərgi park ərazisi boyu yerləşdirilmiş konteynerlərdə keçirilir. Rəssam Jeff Shengin "Fearless" silsiləsi lesbian, gey, biseksual və transgender mövzusunu əhatə edir. Layihə 13 il ərzində çəkilən şəkilləri bir aya gətirir. Silsiləyə mərhum Alyssa Sialaris-in bu fotosu-da daxil edilib. O, layihənin yekunlaşmasından bir qədər əvvəl vəfat edib.
Şəklin alt yazısı, Bir çox sərgi park ərazisi boyu yerləşdirilmiş konteynerlərdə keçirilir. Rəssam Jeff Shengin "Fearless" silsiləsi lesbian, gey, biseksual və transgender mövzusunu əhatə edir. Layihə 13 il ərzində çəkilən şəkilləri bir aya gətirir. Silsiləyə mərhum Alyssa Sialaris-in bu fotosu-da daxil edilib. O, layihənin yekunlaşmasından bir qədər əvvəl vəfat edib.
İnstalyasiyalar arasında geolokasiya və əhalinin siyahıyaalma məlumatlarının istifadəsilə yoxsul icmalar barədə bəhs edən Matt Black-in "The Geography of Poverty" rəqəmsal layihəsi də var. Ekspozisiya Amerikadakı 30 ölkənin ən yoxsul yerlərinə 3 aylıq səfər gedişatında çəkilmiş fotolara əsaslanır.
Şəklin alt yazısı, İnstalyasiyalar arasında geolokasiya və əhalinin siyahıyaalma məlumatlarının istifadəsilə yoxsul icmalar barədə bəhs edən Matt Black-in "The Geography of Poverty" rəqəmsal layihəsi də var. Ekspozisiya Amerikadakı 30 ölkənin ən yoxsul yerlərinə 3 aylıq səfər gedişatında çəkilmiş fotolara əsaslanır.
"20th Anniversary of Getty Images" sərgisində 20 il ərzində mükafatlara layiq görülmüş Getty agentliyinin fotoları və geniş arxiv işlərindən istifadə olunub. Brent Stirton-un çəkdiyi bu fotoda ekoloqlar Konqonun Virunqa Milli Parkındakı ölü dağ qorillasını cəsədini daşıyırlar.
Şəklin alt yazısı, "20th Anniversary of Getty Images" sərgisində 20 il ərzində mükafatlara layiq görülmüş Getty agentliyinin fotoları və geniş arxiv işlərindən istifadə olunub. Brent Stirton-un çəkdiyi bu fotoda ekoloqlar Konqonun Virunqa Milli Parkındakı ölü dağ qorillasını cəsədini daşıyırlar.
“Scenes From The Ebola Crisis” sərgisi Daniel Berehulak-ın 4 ay ərzində Liberiya, Sierra Leone və Qvineyada ebola böhranının işıqlandırılması vaxtı toplanan işlərə əsaslanır. Daniel Berehulak böhran bölgəsindən reportajları Pulitzer mükafatına layiq görülüb. Sərgini The New York Times nəşri təqdim edir.
Şəklin alt yazısı, “Scenes From The Ebola Crisis” sərgisi Daniel Berehulak-ın 4 ay ərzində Liberiya, Sierra Leone və Qvineyada ebola böhranının işıqlandırılması vaxtı toplanan işlərə əsaslanır. Daniel Berehulak böhran bölgəsindən reportajları Pulitzer mükafatına layiq görülüb. Sərgini The New York Times nəşri təqdim edir.
6 fotoqrafçı EverydayClimateChange layihəsi üçün 7 qitədə çəkilmiş şəkilləri Instagram-da paylaşıblar. Fotojurnalist Matilde Gattoni su böhranı barədə material hazırlamaq üçün Yəmənə səfər edib.
Şəklin alt yazısı, 6 fotoqrafçı EverydayClimateChange layihəsi üçün 7 qitədə çəkilmiş şəkilləri Instagram-da paylaşıblar. Fotojurnalist Matilde Gattoni su böhranı barədə material hazırlamaq üçün Yəmənə səfər edib.
“Face Dutch / Contemporary Photography” sərgisində Ilvy Njiokiktjien, Carla Kogelman, Marinka Masséus, Edgar Verhoeven və Edel Verzijl-də daxil olmaqla 28 fotoqrafçının işləri nümayiş etdirilir. “Animal Spirit” adlanan şəklin müəllifi Edel Verzijldir.
Şəklin alt yazısı, “Face Dutch / Contemporary Photography” sərgisində Ilvy Njiokiktjien, Carla Kogelman, Marinka Masséus, Edgar Verhoeven və Edel Verzijl-də daxil olmaqla 28 fotoqrafçının işləri nümayiş etdirilir. “Animal Spirit” adlanan şəklin müəllifi Edel Verzijldir.
Radcliffe Roye-nin "When Living Is a Protest" layihəsi Memfis, Misisipi və Cənubi Karolinadakı irqi bərabərlik mübarizəsinə həsr olunub. Layihə həmçinin Ferguson və Nyu York şəhərlərindəki etirazlardan bəhs edir.
Şəklin alt yazısı, Radcliffe Roye-nin "When Living Is a Protest" layihəsi Memfis, Misisipi və Cənubi Karolinadakı irqi bərabərlik mübarizəsinə həsr olunub. Layihə həmçinin Ferguson və Nyu York şəhərlərindəki etirazlardan bəhs edir.
“The Fashion Institute of Technology” kollecində “Bachelors of Fine Arts Photography” programının iştirakçısı olan 30 tələbə tədris proqramının sonunda elmi işlərini təqdim edib. Holly Jo Schnaudigel fotosu həmin işə daxil olunub.
Şəklin alt yazısı, “The Fashion Institute of Technology” kollecində “Bachelors of Fine Arts Photography” programının iştirakçısı olan 30 tələbə tədris proqramının sonunda elmi işlərini təqdim edib. Holly Jo Schnaudigel fotosu həmin işə daxil olunub.
Eugene Richards-ın “Red Ball of a Sun Slipping Down” adlı işi Amerikanın cənubundakı yoxsul Arkanzas deltası bölgəsində 40 il əvvəlki ilə müasir həyatı müqayisə edir. PHOTOVILLE sərgisi 20 sentyabra kimi davam edəcək. Əlavə məlumat www.photoville.com saytında.
Şəklin alt yazısı, Eugene Richards-ın “Red Ball of a Sun Slipping Down” adlı işi Amerikanın cənubundakı yoxsul Arkanzas deltası bölgəsində 40 il əvvəlki ilə müasir həyatı müqayisə edir. PHOTOVILLE sərgisi 20 sentyabra kimi davam edəcək. Əlavə məlumat www.photoville.com saytında.