Yeniyetmə Məhəmmədi saatından şübhələnib həbs etdilər

14 yaşlı Əhməd Məhəmməd özünün evdə düzəltdiyi saatı müəllimlərinə göstərmək üçün məktəbə gətirdikdən sonra Texas polisi tərəfindən həbs edilib.
ABŞ mediası yazır ki, Əhməd Məhəmməd saatı, oxuduğu Macarthur Ali Məktəbində mühəndislik müəlliminə göstərməliymiş.
Lakin saatı görən başqa bir müəllim onu bombaya oxşadaraq narahat olub, məktəb rəhbərliyinə və polisə xəbər verib.
Atası düşünür ki, şübhələrə əsas səbəb oğlunun müsəlman olmasıdır.
Amerika-İslam Əlaqələri Şurası insdidenti araşdırdığını bildirib.
Sosial mediada bu hadisəyə güclü reaksiyalar olub.
Əhməd Məhəmməd “Dallas Morning News” qəzetinə deyib ki, o robotikanı və mühəndisliyi çox sevir və əl işini müəllimlərinə göstərmək istəyib.
O deyir ki, müəllimi saatın “həqiqətən də yaxşı” olduğunu desə də, onu başqa müəllimlərə göstərməməsini xahiş edib.
Yeniyetmə izah edir ki, başqa müəllimlərdən biri saat dərs zamanı zəng çalarkən xəbər tutub.

Şəklin mənbəyi, Anil Dash
“Bu lap bombaya oxşayır” – müəllimə deyib.
Məhəmməd deyir ki, müəllimə saatı özü ilə aparıb və sonradan onu dərsdən çıxararaq müəllimləri və dörd polis zabiti ilə söhbətə aparıblar.
Xəbər verilir ki, uşağın üç gün müddətində məktəbə gəlməsi qadağan olunub.
“Şübhəli davranış barədə xəbər verin”
Polisin sözçüsü James McLellan deyib ki, bütün dindirilmə boyunca Əhməd düzəltdiyinin yalnız saat olduğunda israr edib, lakin ondan necə istifadə edəcəyinə dair “daha müfəssəl” məlumat verə bilməyib.
Bu hadisəyə hələlik heç bir şərh bildirməyən məktəbin bəyanatında deyilir ki, “Biz tələbələrimizdən və müəllim heyətindən müşahidə etdikləri şübhəli əşyalar və davranışlar baradə xəbər vermələrini xahiş etmişik”.
Əhmədin əslən sudanlı olan atası Məhəmməd Əlhəssən Məhəmməd deyib ki, o oğlunun bəşəriyyət üçün faydalı şeylər düzəltməsini istəyir, "çünki onun adı Məhəmməddir və onunla 11 sentyabr hadisələrinə görə pis rəftar edilib”.
Amerika İslam Əlaqələri Şurası atanın haqlı olduğuna inanır.
“Onun adı Əhməd Məhəmməd olmasaydı, bu barədə heç bir şübhə yaranmazdı, - şuranın yerli bölümünün nümayəndəsi Aliyə Salem deyib, - O hər şeylə maraqlanan qabiliyyətli bir uşaqdır və bunu öz müəllimləri ilə paylaşmaq istəyib”.
























