Kataloniyada bölgə parlamentinə seçkilər keçirilir

Kataloniyada regional seçkilər keçirilir.
Şəklin alt yazısı, Kataloniyada regional seçkilər keçirilir.
Çap edildi

Regional parlamentə seçkilər keçirilən Kataloniyada bazar günü səsvermə məntəqələri açılıb.

Bölgənin milliyyətçi partiyaları bu seçkiləri gələcəkdə Kataloniyanın İspaniyadan ayrılması və müstəqiliyini elan etməsinə yol açan bir hadisə kimi baxırlar.

İki separatçı partiya səylərini birləşdirərək regional parlamentdə səs çoxluğunu, yəni 135-dən azı 68 mandat qazanacaqlarına ümidlidir.

Həmin partiyalar hesab edir ki, bu halda yaxın 18 ay ərzində onlar birtərəfli qaydada müstəqillik elan edə bilərlər.

İspaniya rəsmiləri bucür cəhdlərin qarşısını alacaqları barədə xəbərdarlıq ediblər.

Rəy sorğuları kataloniyalıların əksəriyyətinin referendum keçirilməsi ideyasını dəstəklədiyini göstərir.

Bununla belə, bölgənin İspaniyanın tərkibindən çıxıb-çıxmaması məsələsində bunun lehinə və əleyhinə olnaların sayı təxminən eyni olub.