Amerikalı jurnalist İranda casusluğa görə "mühakimə edilib"

Şəklin mənbəyi, Reuters
İran məhkəməsi casusluq da daxil bir neçə maddə ilə ittiham olunan Washington Post reportyoru Jason Rezaian-ın işilə bağlı hökm çıxarıb, İran Ədliyyəsi bildirib.
Rəsmilər təffərrüatları açıqlamadan, sadəcə hökm çıxarıldığını bildirblər.
Bazar günü Ədliyyə rəsmisi həmin hökmdən məhkəməyə şikayət verilməsinin mümkünlüyünü qeyd etməklə Jason Rezaian-in təqsirsiz olduğunu güman etməyə əsas verib.
39 yaşlı Jason Rezaian bir ildən artıqdır kı İranda həbsdə saxlanılır.
Dövlət televiziyası ilə çıxış etmiş Ədliyyə rəsmisi Gholamhoseyn Mohseni-Ezhei hökmdən Rezaian-in və onun vəkilinin 20 gün ərzində şikayət emək hüququna malik olduqlarını qeyd edib.
Washington Post öz reportyoruna qarşı ittihamların absurd olduğunu deyərək onları rədd edib.
Washington Post-un xarici məsələlər üzrə redaktoru Douglas Jehl çıxarılmış hökmün "qeyri-müəyyən" oluğunu deyib.

Şəklin mənbəyi, AP
"Aydın olanı yalnız budur ki, Jason elə əvvəldən günahsız olub. Qalan hər şey qeyri-müəyyəndir", redaktor deyib.
Jason Rezaian-a qarşı çıxarılmış hökm qüvvədə qalarsa, onu 10 ildən 20 ilədək həbs cəzası gözləyə bilər.
Jason Rezaian, onun jurnalist arvadı və daha iki fotojurnalist 2014-cü ilin iyun ayında İranda saxlanılmışdılar.
O zaman tutulanlardan həbs altında bu günədək qalan yalnız Jason Rezaian-dır.
2012-ci ildən Washington Post-un Tehran bürosuna rəhbərlik edən Rezaian casusluq və İran əleyhinə təbliğat aparmaqda ittiham olunub.
Onun ikili İran-ABŞ vətəndaşlığı var və məhkəmə işinə dörd dəfə bağlı qapılar arxasında baxılıb.
























