Hillary Clinton silah qanunları ilə bağlı əsas rəqibinə qarşı çıxıb

Hillary Clinton bildirib ki, Bernie Sanders silahlarla bağlı yetərincə sərt deyil
Şəklin alt yazısı, Hillary Clinton bildirib ki, Bernie Sanders silahlarla bağlı yetərincə sərt deyil
Çap edildi

Demokratik Partiyanın prezidentliyə namizədlərinin debatı zamanı Hillary Clinton əsas rəqibi olan Bernie Sanders-lə ABŞ-da silah qanunları ilə bağlı mübahisə edib.

Clinton, Vermount senatorunun silaha nəzarətlə bağlı sərt mövqedə olmadığını bildirib. Bununla o, rəqibinin 2005-ci ildə silah istehsalçılarının atışma qurbanlarının iddialarından toxunulmazlığı tədbirlərinə səs verdiyini nəzərdə tutub.

Daha sonra o, son zamanlar ABŞ-da baş verən atışmalar zamanı istifadə edilmiş silahların istehsalçılarını təqib edəcəyinə söz verib.

Bu, hər iki namizəd arasındakı ən kəskin fikir ayrılığı olub.

Silahlarla bağlı məsələ<link type="page"><caption> Oregon ştatındakı kollecdə baş vermiş</caption><url href="http://www.bbc.com/azeri/international/2015/10/151002_oregon_college_shooting" platform="highweb"/></link> kütləvi atışmadan sonra gündəmə qayıdıb.

Cənab Sanders isə öz növbəsində Hillary Clintonun Suriyada qeyri-uçuş zonasını dəstəkləməsinin “ciddi problemlər” yaradacağını bildirib.