ABŞ: körpə uşaq “içkili anasının maşınını idarə edib”

Şəklin mənbəyi, AP
Çap edildi
ABŞ-ın Oklahoma ştatında qadın sükan arxasında içkili vəziyyətdə özündən getdikdən sonra onun üç yaşlı oğlu maşını təhlükəsiz yerə çəkib, polis bildirib.
Daha sonra 33 yaşlı Taloa Foster uşağı təhlükəyə atmaq ittihamı ilə həbs edilib.
Şahidlərin sözlərinə görə, çərşənbə günü baş vermiş hadisə zamanı, ananın sükana nəzarəti itirməsinin ardından körpə uşaq sükana nəzarəti əlinə alıb və maşını təhlükəsiz yerə çəkib.
Hadisə zamanı oğlanın ekiz qardaşı da maşında olub.
Polisin bildirdiyinə görə, oğlanlar xəsarət almayıb.
Taloa Foster polisə deyib ki, oğlu təhlükəsizlik kəmərini açıb və o da uşağı qorumağa çalışıb.




















