Gürcüstan: məhkəmə Rustavi-2 rəhbərliyini vəzifədən kənarlaşdırıb

Şəklin mənbəyi, Getty
Tbilisinin şəhər məhkəməsi Rustavi-2 teleşirkətinin menecment heyətinin vəzifədən azad olunması barədə qərar çıxarıb.
Məhkəmə hökmü ilə televiziya kanalının müvəqqəti rəhbəri vəzifəsinə “İmedi” teleşirkətinin direktor müavini Revaz Sakevarişvili və kanalın sabiq səhmdarlarından biri olan David Dvali təyin edilib.
Rustavi-2 rəhbərliyi hökmlə qarşı apellyasiya şikayəti verəcəyini bildirir.
Bundan əvvəl məhkəmə kanalın sabiq səhmdarının sahiblik hüququnu tanıyaraq Rustavi-2 səhmlərinin tam paketini sahibkar Kibar Xalvaşiyə qaytarıb.
Yüksək reytinqə malik telekanal hakimiyyətin sərt tənqidçisidir.
Hazırkı hakimiyyət bildirir ki, telekanal sabiq prezident Mixail Saakaşvilinin yaratdığı vahid Milli Hərəkat Partiyasının maraqlarına xidmət edir.
Hökumət kanal ətrafındakı qalmaqala qarışmadığını deyərək məsələni sabiq və hazırkı səhmdarlar arasında mübahisə adlandırır. Müxalifət isə hesab edir ki, iqtidar tənqidçi kanalı susdurmaq niyyətini güdür.
























