Obama-Netanyahu görüşü israillilərlə fələstinlilərin toqquşması fonunda keçəcək

Şəklin mənbəyi, AP
İsrailin baş naziri Benjamin Netanyahu bazar ertəsi ABŞ prezidentilə görüşməlidir.
Danışıqların əsas mövzusunun israillilərlə fələstinlilər arasında davam edən toqquşmaları olacağı güman edilir.
Son 13 ayda ilk dəfə baş verəcək ABŞ və İsrail prezidentlərinin görüşü ərəfəsindəki son 1 ay ərzində fələstinlilərin israillilərə qarşı mütəmadi hücumları ilə müşayiət olunub.
Bazar günü 3 insidentdə 6 israilli yaralanıb, hücum edən fələstinlilərdən biri öldürülüb, digər fələstinli yaralanıb.
Obama-Netanyahu görüşü iyul ayında ABŞ ilə İran arasında razılışma imzalandıqdan sonra ilk dəfədir ki keçirilir.
Netanyahu İranın nüvə proqramının məhdudlaşdırılması əvəzində sanksiyaların ləğvi razılaşmasını "ağır səhv" adlandırıb.
Gözlənildiyinə görə, bazar ertəsi keçiriləcək Obama-Netanyahu görüşü zamanı ABŞ-ın İsrailə göstərdiyi hərbi yardımın artırılması məsələsi müzakirə olunacaq.
Reuters agentliyinin məluamtına əsasən, İsrailə ABŞ hərbi yardımı hazırkı illik 3.1 milyard dollardan 5 milyard dollaradək artırıla bilər.
























