İD Rusiyanı hücumlarla hədələyir, Qafqazı "geri alacağını" bildirir

Şəklin mənbəyi, Al Hayat Media Centre
İslam Dövləti qruplaşması tərəfindən yayılan videomüraciətdə Rusiya ərazisində "qanlı hücumların" həyata keçiriləcəyi barədə hədə səslənir.
Cihadçıların təbliğatını izləyən SITE monitorinq qrupu bildirir ki, İslam Dövləti qruplaşmasının media bölümü videonu rus dilində hazırlayıb.
Çoxsaylı qətl səhnələrini əks etdirən çarxda deyilir ki, "Qafqaz geri alınacaq və onun qara qüvvələr tərəfindən idarə olunmasına son qoyulacaq”.
Videomüraciətdə “çox qısa zaman içində qanın su yerinə axıdılacağı” deyilir.
İslam Dövləti qruplaşmasının cihadçıları Sinay yarımadası üzərində Rusiyaya məxsus A321 təyyarəsinin qəzasına görə məsuliyyəti öz üzərinə götürüblər.
Kogalymavia şirkətinə məxus A321 təyyarəsi oktyabrın 31-də Şarm əl-Şeyxdən Sankt-Peterburqa yola düşəndən 23 dəqiqə sonra qəzaya uğrayıb. Göyərtədəki 224 nəfərin ölümü ilə nəticələnmiş qəzanın baş verdiyi təyyarədə sərnişinlərin əksəriyyəti rusiyalı olub.
Böyük Britaniya kəşfiyyatı qəzanın yük bölməsinə yerləşdirilmiş bomba partlayışı nəticəsində baş verməsi ehtimalının yüksək olduğunu bidlirib.




















