BMT: Ban Ki-moon Şimali Koreyaya səfər etməyəcək

Şəklin mənbəyi, Getty
BMT-nin yaydığı məlumata əsasən, baş katib Ban Ki-moon Şimali Koreyaya səfər etmək niyyətində olmadığını bildirib.
Bundan əvvəl Cənubi Koreyanın Yonhap və Çinin Xinhua agentlikləri BMT baş katibinin planına Şimali Koreyaya səfərin daxil edildiyi barədə xəbər yaymışdı.
Son illər ərzində Ban Ki-moon bir neçə dəfə qeyd etmişdi ki, Şimali Koreyaya səfəri Pxenyan ilə Seul arasında barışığın nail olunmasına xidmət edəcəksə, o zaman bunu həyata keçirməyə hazırdı.
Ban Ki-moon Şimali Koreyaya bu ilin may ayında səfər etməyi planlaşdırmışdı.
Nəzərdə tutulduğuna görə, səfəri zamanı BMT baş katibi iki Koreya arasındakı həmsərhəd zonada yerləşən Kaesong sənaye kompleksinə baş çəkməli idi.
Lakin Pxenyan səbəbini izah etmədən BMT baş katibinin Şimali Koreya ərazisinə buraxılması barədə qərarını ləğv etdi.
Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq nüvə və raket sınaqlarını keçirdiyinə görə, hazırda bu ölkəyə qarşı BMT sanksiyaları tətbiq olunmaqdadır.





















