Fransa: kimyəvi silah təhlükəsi

Çap edildi

Baş nazir Manuel Valls "terror qruplarının Fransaya kimyəvi və ya bioloji hücum edə biləcəklərini" ehtimal edib.

O bu baradə fikirlərini ölkədə fövqəladə vəziyyətin uzadılması ətrafında debatlarda deyib.

Bu arada isə Belçika polisi Brüsseldə 6 müxtəlif reyd keçirərək Paris hücumlarında şübhəli bilinən Bilal Hadfi və Salah Abdeslami axtarır.

Parisdə cümə günü baş vermiş silsilə hücumlarda 129 nəfər həyatını itirib.

Cənab Valls parlamentdə deyib ki, "terror Fransanı İraq və Suriyada etdiklərinə görə vurmur".

"Yeni olan fəaliyyət yollarıdır. Hücum və öldürmə yolları hər zaman inkişaf edir," baş nazir bildirib.

Cənab Valls həmçinin Avropa ölkələrinə hava yolları sərnişinləri barədə məlumatların paylaşılması barədə yeni qaydalar qəbul etməyə çağırıb.