ID daha iki girovun edam olunduğunu bildirib

İslam Dövləti qruplaşması Norveç və Çin vətəndaşları olan iki girovun öldürdüyünü bildirib.
48 yaşlı Norvec vətəndaşı Ole-Johan Grimsgaard-Ofstad və 50 yaşlı Çin vətəndaşı Fan Jinghuinin nə vaxt və harada edam olunduqları barədə məlumat bildirilməyib.
İD həmin girovlara görə onların ölkələrindən pul tələb etmişdi.
Norveçin baş naziri Erna Solberg bu hadisəni "barbarlıq aktı" adlandırıb.
Çin prezidenti Xi Jinping də qətli pisləyib.
"Terrorçular bəşəriyyət düşmənləridir", Xinhua agentliyi prezidentin sözlərini sitat gətirib.
İD qrupunun Dabiq adlı dərgisində girovların fotoları dərc olunub.
Fotolardan onların güllələndiyi görünür.
Həmin iki nəfərin necə girov götürüldükləri barədə məlumat yox dərəcəsindədir.
Fan Jinghui Pekindən olan keçmiş müəllimdir, Ole-Johan Grimsgaard-Ofstad Trondheim universitetilə bağlı olub.
O, yanvar ayında Facebook səhifəsində Suriyanın İdlib şəhərinə yola düşdüyünü bildirmişdi.
Çinin xarici işlər naziri Hong Lei ölüm xəbərilə bağlı "dərin şok" keçirdiyini bildirib.
Onun təbirincə, xəbər yoxlanılmaqdadır.
























