Rezin ördək müəllifi braziliyalı etirazçıları plagiatda ittiham edir

Etirazçıların ördəyi korrupsiya və yüksək vergilərə etiraz aksiyalarında istifadə üçün sifariş edilib
Şəklin alt yazısı, Etirazçıların ördəyi korrupsiya və yüksək vergilərə etiraz aksiyalarında istifadə üçün sifariş edilib
Çap edildi

Dünyanın müxtəlif yerlərində peyda olan nəhəng rezin ördəyin müəllifi kimi tanınan rəssam Florentijn Hofman deyir ki, Braziliyadakı etirazçıların istifadə etdiyi ördək plagiatdır.

Etirazçılar Braziliya prezidenti Dilma Rousseff-in impiçmenti tələbi üçün nəhəng rezin ördəkdən istifadə edirlər.

Lakin onun dizaynı, holland rəssamın əsərinə çox bənzəyir. Rəssam BBC-ə bildirib ki, bu, müəllif hüquqlarının pozulmasıdır.

Ördəkləri hazırlayan zavod, yanlışlığın olmadığını deyir.

Cənab Hofman tərəfindən tərtib edilmiş həmin şişən ördəyin müxtəlif versiyaları 2007-ci ildən dünyanı gəzir.

Braziliyalı etirazçıların istifadə etdiyi versiya cənab Hofman-ın dizaynına oxşasa da, onun gözləri xaç şəklindədir.

Bundan başqa, onun sinəsində bu sözlər yazılıb: “Biz daha ördəyə görə ödəməyəcəyik” və ya “Biz artıq təqsirimiz olmayan şeyə görə ödəməyəcəyik”.

Nəhəng ördək güclü Brazilyia sənaye qrupu olan FİESP tərəfindən sifariş edilib və korrupsiya və yüksək vergilərə etiraz olaraq istifadə edilir.

Lakin son aylar ərzində o, daha çox prezidentə qarşı etirazlarda istifadə olunur.

Florentijn Hofman-ın tərtib etdiyi ördək 2007-ci ildən dünyanı gəzir
Şəklin alt yazısı, Florentijn Hofman-ın tərtib etdiyi ördək 2007-ci ildən dünyanı gəzir

Cənab Hofman-ın ördəyi Braziliyada da nümayiş etdirilib və o, Sao Paulo zavodunda istehsal edilib.

Zavodun sahibi Denilson Sousa BBC-ə bildirib ki, yeni ördəyi də onlar hazırlayıblar, lakin onun əksini çıxarmayıblar.

“Mən nüfuzumuzu təhlükə altında qoymaram”, - o deyib.

Lakin rəssam bildirib ki, zavod “çox yanlış qərar verib” və o, “müəllif hüquqlarının pozulmasını qanunsuz hesab edir”.

FİESP sözçüsü bildirib ki, dizaynın original olmasına dair onları əmin ediblər.

Çərşənbə axşamı qrup Braziliya paytaxtında, Milli Konqresin yanında 5000 rezin ördək yerləşdirib və qəzetlərdə ördəyin şəklindən istifadə etməklə reklam yerləşdiriblər.

Müxalif hüquqşünaslar ölkə başçısının artan kəsirləri ört-basdır etmək üçün kökumət hesablarını manipulyasiya etdiyini iddia edirlər və onun istefasına çalışırlar.