Yaponiyanın cənubunda zəlzələ nəticəsində evlər uçub

Çap edildi
Yaponiyanın cənubunda baş vermiş zəlzələ nəticəsində bir neçə ev dağılıb, hökumət rəsmisi bildirib.
Məlumatlara əsasən, zəlzələ 6.4 bal gücündə olub.
Yaponiya meteoroloji agentliyinin məlumatına əsasən, zəlzələ Bakı vaxtı ilə 16:26-də Kumamoto şəhərindən şərqdə, Kyushu adasında baş verib.
Məlumatlara əsasən, Kyushu adasında yerləşən Sendai və Genkai nüvə enerji stansiyalarında iş normal rejimdə davam etdirilir.
İlikin məlumatlara görə, hadisə zamanı ölən və yaralanan olmasa da, Kumamoto bölgəsinin polisi uçmuş evlərin altında insanların qala bilməsini istisna etməyib.
Zəlzələnin episentri yerin altında 10 km dərinlikdə olub və hadisədən 40 dəqiqə sonra 5.7 bal gücündə təkrar təkanlar müşahidə olunub.























