Ekvador: Zəlzələdə ölənlərin sayı 413-ə çatıb
Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ən az 413 nəfər dünyasını dəyişib, 2500-ə yaxın insan xəsarət alıb, ölkə rəsmiləri məlumat verib.
Şənbə günü Ekvadorun Sakit okean sahillərində 7.8 bal gücündə zəlzələ baş verib, axtarışlar davam etdirilir.
Sahilin yenidən tikilməsi milyard dollarlara başa gələcək, prezident Rafael Correa zəlzələdən daha çox dağılan ərazilərə baş çəkərkən deyib.
O bildirib ki, bu son 7 il ərzində Ekvadora ən böyük zərbədir.
Bazar ertəsi gecəsi 3 yaşlı uşaq və 9 aylıq körpə də daxil olmaqla altı nəfər sahil ətrafında yerləşən otelin dağıntıları altından çıxarılıb.
Ölkənin iki ən çox zərər çəkən şəhəri olan Portoviejo and Pedernales-də dünyasını dəyişənlərin dəfn mərasimi olub.
"Mən ehtiyat edirəm ki, dünyasını dəyişənlərin sayı artacaq. Biz hələ də dağıtıları təmizləməkdə davam edirik", televiziyaya müsahibə verən prezident Correa deyib.
"Dağıtılar altında həyat əlamətləri görünür və bu bizim üçün prioritetdir."
Amerika Ştatları Təşkilatının baş katibi, Luis Almagro deyib ki, az istifadə olunan fövqəladə vəsaitlərin bir qismi Ekvadorun yenidən tikilməsinə yardım üçün bu ölkəyə göndəriləcək.
Bazar ertəsi Ekvadorun maliyyə naziri açıqlama verib ki, Çin İnkişaf Bankı ölkəyə 2 milyard dollar ala biləcəklər. Amma bu vəsaitin zəlzələdən dağılan ərazilərin yenidən tikintisinə sərf olunub-olunmayacağına aydınlıq gətirməyib.
Kolumbiya elan edib ki, əraziyə axtarış itləri də daxil olmaqla xilasedici dəstə və zərərçəkmiş ərazilərə su daşımaq üçün hərbi dəniz donanma gəmilərini göndərib.


Pedernale şəhərinin meri Gabriel Alcivar deyib ki, "bütün şəhər" çöküb.
"Biz mümkün qədər bacardıqlarımızın hamısını etməyə çaılışırq, amma burda demək olar ki, bizim edə biləcəyimiz bir şey yoxdur", o, əlavə edib.

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, Getty
Hadisə şənbə günündən bazar gününə keçən gecə Bakı vaxtilə 03.58-də ölkənin şimalında yerləşən Muisne-də baş verib.
Bu, Ekvadorda 1979-cu ildən bəri baş vermiş ən güclü zəlzələdir.
Əsas zəlzələdən başqa şok titrəyişlər də olub, bunlardan ən böyüyü 5.4 bal gücə malik olub.
Sakit okean Sunami Mərkəzi bildirib ki, sunami təhlükəsi əsasən keçsə də, risklər qalır.
























