Belçika Paris hücumunda şübhəli şəxsi ekstradisiya edib

Abdeslam bu ilin mart ayında həyata keçirilmiş reyd zamanı həbs edilib
Şəklin alt yazısı, Abdeslam bu ilin mart ayında həyata keçirilmiş reyd zamanı həbs edilib
Çap edildi

Belçika Paris hücumlarına görə şübhəli bilinən Salah Abdeslamı Fransaya ekstradisiya edib.

O, 18 martda həyata keçirilmiş reyd zamanı yaralanaraq həbs edilmişdi.

Fransa vətəndaşı olan 26 yaşlı şəxs Belçikada doğulub və Paris hücumlarından öncə orda yaşayıb.

Keçən ilin noyabr ayında Parisdə baş vermiş hücumlara görə məsuliyyəti üzərinə özünü İslam Dövləti adlandıran qruplaşma götürüb.

Hücumlar zamanı 130 nəfər həlak olub, onlarla insan yaralanıb.

Prokurorun bildirdiyinə görə, Salah Abdeslam "bu səhər Fransa rəsmilərinə təslim edilib".