Şimali Koreya raket sınağı: BMT "cavab hazırlayır"

Şəklin mənbəyi, AFP
BMT Təhlükəsizlik Şurası iki orta-mənzilli raketləri sınaqdan keçirməsindən sonra Şimali Koreyaya cavab hazırlayır, BMT-nin Çindəki səfiri Liu Jieyi deyib.
Cümə axşamı həyata keçirilən iki sınağın eynisi aprelin 15-də baş tutmuşdu.
Müşahidəçilər bütün testlərin uğursuz olduğunu desə də, BMT sözçüsü mövcud sanksiyaları pozan bu cür davranışların "dərin narahatlıq" doğurduğunu deyib.
Yanvar ayında keçirilən nüvə sınağının pislənməsinə baxmayaraq, bəzi ehtimallara görə hakimiyyət beşinci nüvə sınağına hazırlaşır.
Vəziyyətlə bağlı şərh verən Çin prezidenti Xi Jinping deyib ki, Şimali Koreyanın ən yaxın müttəfiqi olan Çin sabitliyin qorunmasında maraqlıdır.
"Koreya yarımadasına ən yaxın qonşu kimi Çin heç vaxt imkan verməyəcək ki, orda müharibə başlasın. Belə bir vəziyyət olarsa bu heç kimə xeyir gətirməyəcək," o, cümə axşamı Pekində keçirilən xarici işlər nazirlərinin görüşündə deyib.

Şəklin mənbəyi, KCNA
Cənubi Koreya rəsmiləri bəyan edib ki, cümə günü baş tutan raket sınaqlarından biri səhər saatlarında, Wonsan şəhərinin şərq sahillərində keçirilib. Lakin sınaqdan "bir neçə saniyə sonra raket qəzaya uğrayıb", Yonhap xəbər agentliyi yazır.
İkinci raket sınağı axşam saatlarında baş tutub, amma o da uğursuz olub, Cənubi Koreya rəsmiləri deyir.
Ehtimallara görə raketin uçuş diapazonu 3 min kilometr ərazini əhatə edib. Bu isə o deməkdir ki, raket Yaponiyaya və ya ABŞ-ın Guam ərazisinə qədər çata bilər.
Yaponiyanın BMT-ki səfiri, Motohide Yoshikawa deyib ki, raket "Yaponiya üçün təhlükədir."
BMT sözçüsü Stephane Dujarric mətbuat konfransında bildirib ki, Şimali Koreyanın bu cür hərəkətləri "son dərəcə narahatlıq doğurur" və əlavə edib ki, BMT rəsmi Pxenyanı "təxribat xarakterli hərəkətlərini dayandırmaq və beynəlxalq öhdəliklərinə uyğun davranmağa çağırır."
Şimali Koreya özünün də təsdiq etdiyi kimi hidrogen bomba və uzun mənzilli raket sınaqlarını keçirəndən sonra ona qarşı sərt beynəlxalq sanksiyalar tətbiq olunmağa başlayıb.
























