İraq: baş nazir şiə etirazçıların həbsini istəyib

Etirazçılar parlament binasına şənbə günü daxil olublar
Şəklin alt yazısı, Etirazçılar parlament binasına şənbə günü daxil olublar
Çap edildi

İraq baş naziri şənbə günü Bağdaddakı parlament binasına daxil olmuş şiə etirazçıların həbs edilməsini istəyib.

Heydər əl-Abbasi deyib ki, dağıntıya səbəb olmuş və polisə hücum etmiş şəxslər ədalət qarşısında cavab verməlidirlər.

Din xadimi Müqtəda Sədrin tərəfdarları yeni kabinetin təsdiq edilməsinin gecikməsinə etiraz olaraq Yaşıl Zonanı qoruyan hasarı keçiblər.

Etirazların ardından Bağdadda fövqəladə vəziyyət elan edilib.

Cənab Sədrin tərəfdarları Millət Vəkillərindən siyasi mənsubiyyəti olan nazirlərin bitərəf texnokratlarla əvəz olunması üçün işləri sürətləndirməyi tələb edirlər.

Parlamentə daxil olmuş şiə etirazçılar bayraqlar açıblar
Şəklin alt yazısı, Parlamentə daxil olmuş şiə etirazçılar bayraqlar açıblar

Parlamentdəki güclü partiyalar bir neçə həftədir dəyişikliklərin təsdiq edilməsindən imtina edirlər.

BBC-nin Bağdaddakı müxbiri Əhməd Mahir deyir ki, bu, 2003-cü ildə ABŞ-ın müdaxiləsi ilə Səddam Hüseynin devrilməsindən sonra ölkədə baş vermiş ən pis siyasi böhrandır.

Bu həftənin əvvəlində yüzminlərlə insan Bağdadda, hökumət binaları və səfirliklərin yerləşdiyi Yaşıl Zonaya yürüş edərək yaranmış siyasi durğunluğa etiraz ediblər.

Şənbə günü parlamentin yetərsay əldə edə bilməməsinin ardından yüzlərlə etirazçı parlament binasına hücum edib.

Etirazçılar deputatların oturacaqlarından şəkillərini paylaşıblar.