Banqladeş: ildırım 50 adamın həyatına son qoyub

Ekspertlərə əsasən bu il idırım çaxmaları daha güclü olub.
Şəklin alt yazısı, Ekspertlərə əsasən bu il idırım çaxmaları daha güclü olub.
Çap edildi

Banqladeş boyu iki gün ərzində ildırım zərbəsi nəticəsində 50 adam ölüb, polis bildirir.

Ölənlərdən çoxu tarlalarda işləyən kəndlilərdir. Qurbanlar arasında paytaxt Dəkkədə futbol oynayarkən ölən iki tələbənin olduğu da bildirilir.

Daha bir yeniyetmə isə ağacdan manqo dərərkən ölüb.

İldırım çaxmaları Banqladeş üçün nadir hal sayılmır. Lakin bu il zərbələrin daha şiddətli olduğu qeyd edilir.

Ekspertlər bunu meşələrin kəsilməsi və orta illik temperaturun artması ilə əlaqələndirir.

Fövqəladə hallar üzrə dövlət qurumunun rəsmisi ölüm hallarının artmasının narahatlıq doğurduğunu deyib.