İnternet Kadırovun itmiş pişiyini axtarır

 Kadırov yazırdı ki, onun ailəsi itmiş adsız pişiyi üçün yamanca darıxır
Şəklin alt yazısı, Kadırov yazırdı ki, onun ailəsi itmiş adsız pişiyi üçün yamanca darıxır
Çap edildi

Bu elan başqa itkin pişiklər üçün verilmiş yüzlərlə elandan heç nəyi ilə fərqlənmirdi.

"Bizim pişiyimiz yoxa çıxıb, - deyilirdi elanda,- On gün əvvəl yoxa çıxıb. Biz hamımız fikirləşirdik ki, o qayıdacaq, çünki uşaqlara möhkəm bağlanmışdı, onları sevirdi və onlarla oynayırdı…Amma indi, biz əməlli-başlı narahat olmuşuq. Bəlkə də qonşuluqda kiminsə evində yaşayır. Ona görə də məlumatı olanlardan bizə bildirmələrini xahiş edirik. Əvvəlcədən təşəkkürümü bildirirəm”.

Amma öz pişiyinə qovuşmaq istəyən bu şəxs nə az, nə çox, Çeçenistan başçısı Ramzan Kadırov idi. İnsan haqları təşkilatları əvvəllər Kadırovun özünün bir çox insanların müəmmalı şəkildə yoxa çıxması ilə bağlı olduğunu güman etdiklərini bildirmişdilər.

İnstagramda 1,8 milyon izləyicisi olan Kadırov elana şəkil də əlavə etmişdi. Bu fotoda Çeçenistan lideri adsız pişiyi bağrına basmışdı. Onun bu postuna minlərlə “like” qoyulsa da, pişiyi gördüm deyən yox idi.

Lakin hər şey o vaxt dəyişdi ki, tanınmış məzhəkəçi John Oliver özünün Last Week Tonight şousunda Kadırova söz atdı.

Kadırovun İnstagrama yüklədiyi şəkilləri dolamaqla yanaşı, Oliver çeçen başçısının toyda telefonunu itirməsini yada salmışdı.

O vaxt toya gələn yüzlərlə qonağı bu telefonla bağlı sorğu-sual etmişdilər. Buna görə də Oliver adamlardan Kadırovun əlıindən xata çıxmamaış onun pişiyini tapmağı xahiş edirdi.

Oliver tamaşaçılardan məlumatlarını #FindKadyrovsCat həştəqindən istifadə etməklə göndərməyə çağırırdı. İndi həmin heşteqdən 8 min dəfə istifadə olunub.

Bəziləri burda pişik balaları, Kadırov və Putin barədə "meme"ləri yerləşdirirdilər. Bəziləri isə öz sevimli pişikləri ilə çəkdirdikləri şəkilləri qoyurdular.

"Deyəsən sənin pişiyin ondadır", bir Twitter istifadəçisi bu fotonu paylaşıb
Şəklin alt yazısı, "Deyəsən sənin pişiyin ondadır", bir Twitter istifadəçisi bu fotonu paylaşıb

Kimsə bu pişiyə görə özünə Twitter hesabı açmış kimi görünürdü.

"@RKadyrov həmişə düz gözünün qabağında olanı görmür", "Kadırovun pişiyi" adlı Twitter hesabı bunu paylaşıb
Şəklin alt yazısı, "@RKadyrov həmişə düz gözünün qabağında olanı görmür", "Kadırovun pişiyi" adlı Twitter hesabı bunu paylaşıb

Bir başqası isə iddia edirdi ki, itkin pişik qayıtmaq istəmir.

Bu diqqət Kadırovun gözündən yayına bilməzdi. Onun Oliverə göndərdiyi cavab postunda Oliverin əynində Putinin şəkli olan mayka vardı və şəklin altından aktyorun dilindən bu sözlər yazılmışdı: “Mən məsxərədən yorulmuşam. İnnən belə Çeçenistan pişiklərinin qayğısına qalmaq istəyirəm. Yeri gəlmişkən, Putin bizim liderimizdir”.

Əgər Kadırovun bütün əvvəlki tənqidlərə münasibəti nəzərə alınarsa, “Oliver yaxşı qurtarıb” demək olar. Ötən il o, Putinin siyasi opponent Kasyanovun snayper nişangahı ilə çərçivələnmiş videosunu yaymışdı.

Amma Çexiyanın bir insan haqları qrupu bu hadisədən daha ciddi məsələləri qaldırmaq üçün istifadə etmişdi. People in Need təşkilatının Şərqi Avropa qolu həmin teqdən Çeçenistanda baş verdiyi iddia edilən çoxsaylı insan haqları pozuntusundan yazırdı. Bunların arasında evi Kadırovun əmri ilə yandırılmış bu kişi ilə müsahibə də yerləşdirilmişdi. Kadırovun evi ailənin bir övladının qiyamçılara qoşulmasına görə yandırtdığı iddia edilirdi.

Kadırovu habelə müxalifətçi lider Boris Nemtsovun qətli ilə əlaqələndiridilər. O özü bu iddiaları rədd edir.

Bloq BBC Trending tərəfindən hazırlanıb.