Konsertdən sonra güllələnən müğənni Christina Grimmie ölüb

Şəklin mənbəyi, AP
Çap edildi
ABŞ-ın Orlando şəhərində aftoqraf verdiyi vaxt güllələnən müğənni Christina Grimmie vəfat edib.
Polis amerikalı sənətçinin aldığı yaralar nəticəsində öldüyünü təsdiq edir.
Hücum cümə günü keçirilən konsertdən sonra aftoqrafların imzalanması vaxtı baş verib.
Müğəninin qardaşı atəş açan şəxsi yaxalaya bilib. Lakin yaranmış çəkişmə vaxtı hücum edən özünü öldürüb
Hüquq mühafizəçiləri hesab edirlər ki, mərhumun qardaşının müdaxiləsi bəlkə də tamaşaçılara hücumun qarşısını alıb.
Atəş açanın kimliyi və hücumun mötivləri barədə məlumat verilmir.
Christina Grimmie “Voice” müsiqi müsabiqəsindən sonra məşhurluq qazanmışdı. Həmçinin müğəninin internetə yerləşdirilmiş bəzi çıxışları milyonlarla baxış cəlb edib.




















