Dünya ölkələri Orlando qurbanlarının xatirəsini anır

Şəklin mənbəyi, European Photopress Agency
Orlando, Florida ştatında və dünyanın bir sıra ölkələrində bazar günü baş verən silahllı hücum qurbanlarının xatirəsini anmaq üçün insanlar bütün gecəni oyaq qalaraq onlar üçün dua oxuyub.
Orlando-dakı tədbirə qatılan müsəlman din xadimi deyib ki, müsəlmanlar "nifrət, ölüm və qırğın ideologiyasına" qarşı mübarizədə həmrəydirlər.
Oxşar yığıncaqlar Fransa, Avstraliya, Böyük Britaniya və Almaniyada da keçirilib.
Orlando-dakı Pulse gece klubuna edilən silahlı hücum 49 nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olub.

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, AP
ABŞ rəsmiləri deyir ki, silahlı Omar Mateen hücumdan öncə İslam Dövləti adlandıran qruplaşmaya əhd edib.
Prezident Barak Obama qurbanların xatirəsini anmaq üçün cümə axşamı Orlando-ya yola düşəcək.
Bazar ertəsi gecəsi Orlando-nun mərkəzinə toplaşan minlərlə insan əllərində şam və çiçəklər tutaraq qurbanların xatirəsini anıb.
Mərkəzi Florida İslam cəmiyyətindən olan Imam Muhammad Musri deyib ki, silahlı hücum "terror və nifrət aktıdır".
"Biz nifrət, ölüm və məhv etmə ideologiyasını pisləyir və bütün dünyadakı Müsəlman liderlərini və cəmiyyətlərini buna qarşı mübarizə aparmağa, bu xərçəng yarasını birdəfəlik söküb atmaq üçün mübarizə aparmağa səsləyirik."
New Yorkda Orlando qurbanlarını anmaq üçün Empire State Building işıqlarını söndürüb.
Anım mərasimi həm də Londonun Soho qəsəbəsində, şəhərin gey icma mərkəzində keçirilib. Qurbanların xatirəsini anmaq üçün alqış sədaları altında səmaya hər bir qurbanın adına 49 şar buraxılıb.

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, AP
Avstraliyanın Sydney Harbour Körpüsü qarşısına yüzlərlə insan toplaşıb və körpü gey icmasının bayrağının rəngində işıqlandırılıb.
"Bu hər yanda baş verə bilərdi", Paul Savage qurbanların xatirəsini yad edərkən AFP xəbər agentliyinə deyib.
Parisdə də Orlando qurbanları və yaralılarının xatirəsini anmaq üçün Eyfel Qülləsi gey və ABŞ bayrağının rəngində işıqlandırılıb.
Berlində 100-dən çox insan ABŞ səfirliyinin həyətinə toplaşaraq şamlar yandırıb, yerə çiçəklər düzüblər və geylərin bayraqlarını dalğalandırıblar.
Bazar ertəsi prezident Barak Obama bildirib ki, 49 nəfərin ölümünə səbəb olan hadisə terrorçu hücumu kimi araşdırılır.
O həm də deyib ki, Orlandada gey klubuna hücum etmiş şəxsin özünü İslam Dövləti (İD) adlandıran qrupla birbaşa əlaqəsi olmasına dair dəlillər yoxdur.
FBI direktoru James Comey deyib ki, burda "güclü radikalizm və xarici terror təşkilatı tərəfindən potensial təkan vermə var".
"Biz çox əminik ki, bu qatil ən azından online internet üzərindən radikallaşdırlıb", o deyib.
Həmin gecə nə baş verib?

Şəklin mənbəyi, Reuters
Şənbə günü klubda Latın gecəsi təşkil olunduğu vaxtda Mateen yerli vaxtla təqribən saat 02:00 radələrində klubun içində atəş açmağa başlayıb.
Əraziyə polis gəlməzdən öncə iş saatında olmayan polis Mateen-i zərərsizləşdirməyə çalışıb.
Tualetə geri çəkilməyə məcbur qalan Mateen insanları girov götürüb, Orlando polis şefi John Mina deyir.
Digər 15 nəfər isə dəhlizin o biri tərəfindəki tualetdə olub, Orlando meri Buddy Dyer deyir.
Güman edilir ki, Mateen yenidən öldürmək istəyirmiş. Polisin içəri daxil olmaq üçün partlayıcı qurğu və zirehli nəqliyyatdan istifadə edərək divarda dəlik açıblar və klubda olan insanlar həmin dəlikdən qaçmağa başlayıb.
Mateen də atəş açaraq onları təqib etdiyi vaxt öldürülüb, polis deyir.
























