Avstraliya sahillərində nəhəng yengəc sürüsü

Çap edildi

Avstraliyanın Melbourne şəhəri sahillərində nəhəng yengəclərin kütləvi cəmləşməsi müşahidə olunur.

Hər il okean suları sərinləşəndə yüz minlərlə yengəc qitənin cənub hissəsinə doğru miqrasiya etməyə başlayır.

Okean faunasını tədqiq edən Sheree Marris Port Phillip Bay limanında yengəclərin cəmləşməsini lentə almağa müvəffəq olub.

Alim buğumayaqlılar növünə aid canlıların daha dərindən araşdırılmasına ümid edir.

"Kimin ağlına gələ bilərdi ki, Avstraliya sahillərində belə bir valehedici səhnələr yer alır”, - Sheree Marris deyir.

Yengəclərin kütləvi miqrasiyasının səbəbləri tam aydın deyil. Güman edilir ki, bu, örtüklərin tökülməsilə bağlı ola bilər.

Beləki örtüklərdən məhrum olunan canlılar yırtıcılar qarşısında müdafiəsiz qalır. Bu təhükəsizliyə can atan yengəcləri bir yerə toplaşmağa vadar edə bilər.