"Xainlərə ölüm, Britaniyaya azadlıq"- deputata qəsddə ittiham edilən şəxs deyir

Şəklin mənbəyi, Reuters
Çap edildi
Leyboristlər partiyasından deputat Jo Cox-un ölümündə ittiham edilən kişinin məhkəməsi keçirilib.
Thomas Mair adlı şəxs məhkəmə iclasında özünü "Xainlərə ölüm, Britaniyaya azadlıq" kimi təqdim edib.
41 yaşlı xanım Cox cümə axşamı günü Qərbi Yorkshiredə, Birstallda bıcaqlanıb və güllələnib.
52 yaşlı cənab Mair sui-qəsd məqsədilə silah gəzdirməkdə ittiham edilir.
Boz rəngli idman geyimi ilə prosesə çıxan Mair öz adını deməkdən imtina edib və ünvanı ilə doğum tarixini də təsdiqləməyib.
Bazar ertəsi o, Old Bailey cinayət məhkəməsinə çıxacaq.
Xanım Cox iki uşaq anası idi.




















