Çin: ekstremal hava şəraiti onlarla insanın həyatına son qoyub

Şəklin mənbəyi, Reuters
Çap edildi
Ekstremal hava şəraiti Çinin şərqində 51 nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olub, Çinin dövlət mediası xəbər yayıb.
Rəsmi xəbər agentliyi olan Xinhua məlumat verir ki, cümə axşamı Jianqsu əyalətində güclü yağışlar və qasırğa baş verib.
Yançenq şəhərində evləri su basıb, məlumatda deyilir.
Bu həftə Çinin bir çox hissəsinə leysan yağışı yağıb.
Çinin mərkəzində sel 22 nəfərin ölümünə səbəb olub və təxminən 200 min nəfər didərgin düşüb, dövlət mediası bildirir.
Daşqınlar nəticəsində iqtisadiyyata 410 milyon dollar məbləğində ziyan vurulduğu təxmin edilir.




















